Ölkə 20:26 14.11.2021

Azərbaycanda ana və körpəsi doğuş zamanı öldü

Saatlıda ana və körpəsi doğuş zamanı ölüb.

Qaynarinfo xəbər verir ki, hadisə Saatlı Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.

Rayonun Nəsimikənd kənd sakini, 1991-ci il təvəllüdlü Bəkirova Səkinə Əziz qızı və körpəsi doğuş zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.