Dünya 15:19 01.01.2023

2022-ci ilin üç mühüm və ümidverici nəticəsi - Andrey Zubovun şərhi

Andrey Zubov
Rusiyalı tarixçi və politoloq, tarix emləri doktoru

Proqnozlar həmişə az və ya çox dərəcədə onları verən şəxsin temperamentini əks etdirir. Optimistlər gələcəyi bəzəyir, pessimistlər tamamilə qaranlıq perspektiv yaradırlar. Nəticə yalnız baş verənlərin və artıq baş verməyəcəklərin təhlilidir. Keçmiş beton kimi çox tez bərkiyir. Dəyişdirilə bilməz, yalnız təsvir edilə bilər.

Ötən 2022-ci il tamamilə dəhşətli görünür. İkinci dünya müharibəsinin bitməsindən sonra ilk dəfədir ki, Avropada artıq onlarla, bəlkə də yüz minlərlə insanın həyatına son qoyan, Ukraynanın şəhər və kəndlərini yerlə-yeksan edən, milyonlarla qaçqın axınına səbəb olan əsl genişmiqyaslı müharibə alovlanır. Doğrudan da, 1945-ci ildən bəri Avropada heç vaxt belə fəlakətli il olmamışdı.

Və buna baxmayaraq, ilin nəticələri təsəlliverici görünür.
 
Birincisi, Ukrayna Putinin təcavüzünü dəf edə bildi. Və təkcə dəf etmədi, həm də Avropanın ən güclü ordusunu yalnız geriyə, geriyə və yenə də geriyə çəkilməyə məcbur etdi. Martın əvvəlində Rusiya qoşunları Xersonu işğal etdi, Kiyev, Nikolayev, Xarkov həndəvərində dayandılar. On aydan sonra düşmən Ukraynanın bu şəhərlərindən uzaqlara geri atılıb. Hətta Rusiya strateji aviasiyasının arxa cəbhə aerodromları və Sevastopoldakı hərbi-dəniz bazası getdikcə daha çox Ukrayna pilotsuz uçuş aparatlarının hücumuna məruz qalır. Putinin Ukraynada keçirdiyi blitskriq tamamilə iflasa uğradı. Və bu, mütləq müsbət nəticədir.

İkincisi, Putin rejimi bütün dünyaya öz mahiyyətini göstərdi. Məsələ hətta onun qeyri-insaniliyində, aqressivliyində, qanunsuzluğunda, hiylə və yalanında deyil, 1917-1922-ci illərdə Rusiya məkanında özünü formalaşdırmış və onun adından idarə edən həmin qeyri-insani, aqressiv, qanunsuz və məkrli rejimin birbaşa davamı olmasındadır. İndi hamıya aydın oldu ki, məhz həmin rejim idarəçiliyini davam etdirir.

Lenini, Stalini, Xruşovu, Brejnevi, Andropovu fərqləndirən eyni xarici və daxili siyasət üsulları Putinin dövründə də davam edir. Tamamilə aydındır ki, eyni qatil və quldur dəstəsi ölkəni idarə edir, ancaq sadə adamları aldatmaq üçün özlərini ya sosialist, ya demokrat, ya da vətənpərvər adlandırırlar. Əslində, bütün bunlar sadəcə bir örtükdür, məsələn, həmin örtük mafioz üçün centlmen görünüşü ola bilər. Əslində, mafiozları yalnız bir şey - "ələ keçirmək refleksi" fərqləndirir. Mənim olan mənimdir, amma səninki barədə hələ söhbət edərik. Lenin-Trotskinin dünya beynəlmiləlçiliyini, daimi Stalinist təcavüzünü, Xruşşovun Kuba böhranını və Əfqanıstanda sona çatan Brejnev doktrinasını xatırlayırsınız? Putin bütövlükdə bu ənənənin davamçısıdır - Gürcüstan, Suriya, Afrika, Ukrayna... Yəni nə imkan varsa qapıb ölkəsinə birləşdirmək. 

Əslində Putin davamçı olduğunu heç də gizlətməyib - o, Stalinin və Dzerjinskinin abidələrini, Sovet himnini və Andropovun xatirə lövhəsini bərpa edib. Ən əsası isə o, KQB-də - quldur rejimin bu onurğa sütununda olması ilə fəxr edirdi. Bəzən adama elə gəlir ki, ölkəni o, yox, KQB və SVR-nin bir qrup sovet generalı - Bortnikov, Patruşev, Narışkin, Sergey İvanov idarə edir, onların arasında Putin bərabər şəxslər arasında birincidir. Və hər il dekabrın 20-də "VÇK-NKVD-KGB-FSB”-nin ildönümünü möhtəşəm şəkildə qeyd edir. Bu il də qeyd olundu.

Bu bir il ərzində dünya anladı ki, vaxtilə öz ölkəsinin insanlarını dərisinə kimi soyan, öldürən, ac saxlayan, Hitlerlə dünyanı parçalayan o dəhşətli rejim Rusiyada hökmranlıq etməkdə davam edir və onun normal, demokratik, bazar iqtisatiyyatı olan ölkəyə çevrilməsinə ümid etmək qətiyyən mümkün deyil. Belə bir düşüncə nəyə istəyirsiz dəyər. Polşada, Latviyada, Estoniyada, Bolqarıstanda, Albaniyada özünü "xalq demokratik”, "sosialist” adlandıran oxşar dəhşətli rejimlərin kökü kəsildiyi kimi, bu rejimin də kökü kəsilməlidir. Tamamilə və dönməz şəkildə məhv edilməlidir. Və yalnız bundan sonra Rusiya, Ukrayna, Avropa və dünya rahat nəfəs ala biləcək.

Və nəhayət, üçüncüsü, bu il nümayiş etdirdi ki, demokratik dövlətlər, azad dünya özünü və dəyərlərini müdafiə edə bilər. Qərb laqeyd, astenik bir qoca deyil, onlar üçün əziz olan azadlıq və ləyaqət dəyərlərini qorumaq üçün hər cür səy göstərməyə hazır olan, əzab çəkən Ukrayna xalqına kömək əlini uzada bilən və ukraynalılarla birlikdə pisliyin təcavüzünü dayandırmağa qadir olan yüz milyonlarla cəsarətli və fədakar qadın və kişidir. Kreml strateqlərinin Ukraynadakı Rusiya ordusunun və bu ölkələrin özlərindəki beşinci kolonların zərbələri altında demokratik dünyanın ittifaqlarının dağılması ilə bağlı bütün xəyalları puç oldu.

Demokratik dünya nəinki duruş gətirdi, o, görünməmiş şəkildə toparlandı. Bu həm də 2022-ci ilin ən vacib və ümidverici nəticəsidir.
Amma hadisələr tamamilə fərqli ola bilərdi. Təsəvvür edin ki, Kreml ağsaqqallarının, düzünü desəm, həm də bir çox Qərb analitiklərninin düşündüyü kimi Ukrayna bir həftə ərzində təslim olur. Onda, 2022-ci ilin sonuna qədər Sovet İttifaqı bu və ya digər formatda yenidən yaradılacaqdı. Bütün postsovet dövlətləri Putinə sədaqət andı içəcəkdirlər. Çin "Şimal pələnginə" daha çox hörmət edəcəkdi və Tayvanla bu təcrübəni təkrarlayacaqdı. Və kim bilir, bəlkə də, Ukraynanın işğalı nəticəsində ruhdan düşmüş demokratik dünya Sakit okeanda bu "anşlus”un qarşısını ala bilməyəcəkdi. Və sonra qara buludlar şimaldan Cənubi Koreyaya tərəf hərəkət edəcəkdir...

Ukrayna üzərində asan qələbə ilə ruhdan düşmüş Avropada NATO əlaqələri zəifləyəcəkdir. Baltikyanı ölkələr və bütün şərq cinahı onlarla bağlı NATO müqaviləsinin 5-ci maddəsinin işə düşəcəyinə şübhə edərdi. Həmin ölkələrdə Putinə güzəştə getməyə, hətta onunla müttəfiqliyə meylli siyasətçilər tam demokratik yolla hakimiyyətə gələcəkdirlər. "Finlandiyalaşma” variantı daha yüksək səslə və daha cəlbedici səslənərdi. Və onların ardınca Köhnə Avropada Aİ-nin ləğvi və NATO-nun zəiflədilməsi tərəfdarları olan sağçı qüvvələr Almaniya və İtaliyadan tutmuş Britaniyaya qədər, hətta Atlantikanın o tayında möhkəmlənməyə başlayacaqdırlar. Ola bilsin ki, bu ilin noyabrında ABŞ Konqresinə seçkilər tam fərqli nəticə verərdi. 

İranın gözü İsrailə çevriləcəkdir və kim bilir, bəlkə də, yəhudi dövlətinin yeni liderləri Putinlə ittifaqa razı olardılar ki, o, onların ölkəsini ərəb-İran təhlükəsindən qorusun. Və Putin onları müdafiə edərdi, amma böyük qiymət alardı. 

Və Putin 2023-cü ili gizli bunkerdə və "öldürülmə” riski ilə deyil, Berlində və ya Nyu-Yorkda, hətta Dünya Şəhərində güc və şöhrət parıltısında qarşılayardı. Buça və ya Qostomel haqqında heç kim heçnə bilməyəcəkdi. O vaxta qədər hamının unutduğu Volodimir Zelenskini deyil, Time və Bild Putini ilin adamı elan edəcəkdi. Və hər yerdə izzətlənən Putin növbəti onilliklər üçün dünyaya yeni nizam diktə edəcəkdi. Və məhz bu halda 2022-ci il həqiqətən də Yer kürəsinin sakinlərinin bir çox nəsilləri üçün böyük kədər ili olacaqdır.
Bizlər bunun bir addımlığında idik. Və bu addım Ukrayna xalqının görünməmiş cəsarəti və ABŞ-dan Yaponiyaya, Norveçdən Yeni Zelandiyaya qədər demokratik dünyanın misilsiz birliyi və müdrik fədakarlığı sayəsində atılmadı. Bu cəsarətə, həmrəyliyə və fədakarlığa görə indiki Rusiya hakimiyyətinin mahiyyəti şöhrət və müdriklik pərdələri altında gizlənə bilmədi, əksinə, iyrənc çekist, misantropik və hərtərəfli hiyləgər qanqster təbiəti ifşa edildi.

Qarşıdan gələn 2023-cü il həm geridə qalan ilin böyük nailiyyətlərindən, həm də çox kədərli də olsa, lazım olan fikirlərdən nəticə çıxarmalıdır. O bunu edəcəkmi? Mən proqnoz verməyəcəyəm.
 
Mənbə: "Facebook"

Mənbə: Nizami Bağırov