Sənət 11:13 26.04.2022

2023-cü ildə bu festivallar Şuşada keçiriləcək (VİDEO)

Bakıda kamança festivalı keçirilir.


Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, Milli Konservatoriyanın dosenti, kaman ifaçısı Elnur Əhmədov deyib. Onun sözlərinə görə, sözügedən festival "Şuşa ili”nə həsr olunub:

 

"Festival aprelin 25-də başlayıb və 27-nə kimi davam edəcək. Bu tədbir "Şuşa ili” çərçivəsində Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kəriminin şəxsi təşəbbüsü ilə keçirilir. Festivalda hər gün 5 ifaçı çıxış edir və çox tanınmış kamança ifaçıları qatılıb. Festival öz işini aprelin 28-də bitirəcək”.

 

Elnur Əhmədov bildirib ki, aprelin 28-də Milli Konservatoriyanın zalında festivalın yekun konserti keçiriləcək:

 

"Gələcəkdə Siyavuş Kəriminin təşəbbüsü ilə digər musiqi alətlərinə həsr olunan festivalların keçrilməsi nəzərdə tutulub. Məsələn, balaban, kanon və s. Bu tədbirlər milli musiqi alətlərinin təbliği, inkişafı və dövlətimizin strategiyasıdır. Şəxsən Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın bir başa Azərbaycan musiqisinə olan diqqətidir”.

 

Elnur Əhmədov qeyd edib ki, 2023-cü ildə bu festivallar Şuşada keçiriləcək.

 

Bahar Rüstəmli