İdman 19:00 06.03.2023

21 yaşlı futbolçu oyun zamanı öldü

Fil Dişi Sahili komandalarından "Rasinq"in 21 yaşlı futbolçusu Mustafa Silla faciəvi şəkildə ölüb.

Qaynarinfo-nun məlumatına görə, hadisə Fil Dişi Sahili çempionatında "Rasinq" və SOL komandaları arasında baş tutan qarşılaşmada yaşanıb. Silla oyun zamanı infarkt keçirib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Bu barədə onun klubu "Rasinq" də sosial şəbəkədəki səhifələrində məlumat paylaşıb, futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Qarşılaşma "Rasinq"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
 
Səbuhi Həsənov