İdman 20:48 08.07.2022

35 ölkə Rusiya idman federasiyalarına qadağa tələb edir

Almaniya və daha 34 ölkə Rusiya və Belarus idman birlikləri və rəsmilərinə qarşı daha sərt sanksiyalar tələb edir. Almaniyanın Dövlət katibi Mahmud Özdəmir bunun "Ukrayna ilə həmrəylik əlaməti” olduğunu bildirib.

Qaynarinfo bu barədə DW-yə istinadən xəbər verir.

35 ölkə Rusiya və Belarus rəhbər orqanlarının beynəlxalq idman federasiyalarının fəaliyyətinin dayandırılmasını tələb etdikdən sonra, almaniyalı siyasətçi Mahmud Özdəmir buna ehtiyac olduğunu təkrar edib.

"Federal hökumət Ukrayna xalqı və Ukrayna idmanı ilə həmrəyliyimizin əlaməti olaraq 25 Avropa İttifaqına üzv ölkə və 10 digər dövlətin ikinci birgə bəyanatını dəstəkləyir", - DW-yə Mahmud Özdəmir bildirib.

Qeyd edilir ki, SPD siyasətçisi Almaniya üçün "Rusiya və Belarusun idman milli idarəetmə orqanlarının beynəlxalq federasiyalardan kənarlaşdırılmasını" tələb edən bəyannaməyə imza atıb.

M.Arif