İdman 18:24 25.07.2022

39 yaşlı Alveşin yeni klubu müəyyənləşdi

Braziliya və dünya futbolunun ən yaxşı sağ cinah müdafiəçilərindən biri olan Dani Alveş 39 yaşı olmasına baxmayaraq, futbolçu karyerasını davam etdirmək qərarına gəlib.  

Qaynarinfo xəbər verir ki, təcrübəli müdafiəçi Meksikanın məşhur "Puma” komandası ilə rəsmi müqavilə imzalayıb.

2008-2016-cı illərdə "Barselona"da çıxış edən Dani Alveş "Yuventus", PSJ və "San Paulo" komandalarında oynadıqdan sonra 2021-ci ildə "Barselona"ya qayıtmışdı.
 
Səbuhi Həsənov