5 rayonun bir sıra kəndlərində elektrik enerjisinin verilişi dayandırılıb (VİDEO)
Azərbaycanın 5 rayonunda bir sıra kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Bu barədə Qaynarinfo-ya "Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonlarının bəzi kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb.
"Azərişıq” ASC-nin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün qurumun bütün imkanları səfərbər olunub. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür", - məlumatda vurğulanıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər