Ölkə 19:00 23.12.2022

"8-ci kilometr" bazarında termosla adam vuran şəxsə cəza verildi

Bakıda məşhur bazarda termosla adam vuran şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1985-ci il Yevlax şəhərində dünyaya gələn Elburus Qafarov (ad-soyad şərti) aralarında yaranan mübahisə zamanı Bakı şəhəri, Nizami rayonunda yerləşən "8-ci kilometr" bazarında Amalın (şərti) qoluna bıçaqla, sağ çiyin nahiyəsinə isə termosla vuraraq, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.

Dekabrın 21-də polis tərəfindən Elburus Qafarov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilib. 

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Elburus Qafarov özünü təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu deyib.

Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 1 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Əhməd