Maqazin 08:50 15.06.2022

86 yaşlı aktyor: "Gənc xanımla evlənsəm, həyata bağlanaram"

Türkiyəli aktyor Aydəmir Akbaş qonaq olduğu verilişdə açıqlamasıyla diqqət çəkib.

Qaynarinfo ensonhaber.com-a istinadən xəbər verir ki, aktyor "Gənc biriylə evlənsəm, 86 yaşında həyata bağlanaram" söyləyib.

Aydəmir Akbaş aktrisa həyat yoldaşı Beyhan Beneklə 2 dəfə boşandıqdan sonra yenidən onunla ailə həyatı qurub. 

Aktyor yaşlı insanlarla oturub-durmadığını bildirib: "Mən yaşlılarla oturub-durmadım. Həyatım boyu da bunu etmərəm. Yanımda həmişə gənc qızlar olsun istəyirəm. Allah gecindən vesin, indi Beyhan ölsə, qısa zamanda 20 yaşlı qadınla evlənərəm. Gənc biri ilə evlənsəm, 86 yaşında hayata bağlanaram. Beyhanın bundan xəbəri var. 80 yaşına təkbaşına neynəyəcəm ki? 60 yaşında birini neynirəm?"