Dünya 19:48 15.03.2023

9 ölkə Ukraynaya 150-dən çox Leopard tankı verməyi planlaşdırır - Ostin

Doqquz ölkə Ukraynaya 150-dən çox Leopard tankı ötürmək niyyətindədir.

Qaynarinfo UNİAN-a istinadla xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin virtual formatda keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun ("Rammstein-10”) iclasının əvvəlində deyib.

"Son üç ay ərzində bu təmas qrupunun üzvləri Ukraynanın öz suverenliyini müdafiə etmək və döyüş meydanında təkan yaratmaq üçün ehtiyac duyduğu imkanların yaradılmasında mükəmməl liderlik nümayiş etdirib”, - Ostin bildirib.

O, aydınlaşdırıb ki, söhbət 9-dan çox zirehli briqadanın formalaşdırılmasından gedir.

"Ukraynanı Leopard tankları ilə təmin edən ölkələrin koalisiyası böyüməkdə davam edir. İndi 9 ölkə 150-dən çox "Leopard" tankı verməyə söz verib", - Ostin bildirib.

Alpər