Dünya 13:06 21.03.2023

92 yaşlı milyarder nişanlandı

92 yaşlı amerikalı milyarder Rupert Merdok 66 yaşlı Ann Lesli Smitlə nişanlandığını açıqlayıb.

Merdok "New York Post№ maqazin yazarı Sindi Adamsa gələcək həyat yoldaşı ilə sentyabr ayında Kaliforniyanın Bel Air şəhərindəki Moraga Estate üzüm bağını ziyarət edərkən tanış olduğunu söyləyib.

Merdok deyib: "Çox həyəcanlı idim. Mən aşiq olmaqdan qorxdum, amma bunun sonuncu dəfə olacağını bilirdim. Mən xoşbəxtəm".

Cütlük bu yayın sonunda evlənməyə hazırlaşır.

"İkimiz də həyatımızın ikinci yarısını birlikdə keçirməyi səbirsizliklə gözləyirik",- Merdok bildirib.

Smit daha əvvəl 2008-ci ildə vəfat edən müğənni və teleradio rəhbəri Çester Smitlə evli olub. 66 yaşlı gəlin namizəd deyib ki, o və "Fox News" və "The Wall Street Journal" kimi nəşrlərin sahibi olan Merdok media sənayesi haqqında ortaq bilikləri bölüşürlər.//Musavat.com