Dünya 14:42 19.09.2022

ABŞ Çinin işğalı halında Tayvanla bağlı hansı mövqeyi tutacaq?

ABŞ prezidenti Co Bayden bildirib ki, ABŞ Çinin işğalı halında Tayvanı müdafiə etmək niyyətindədir.
 
Bu barədə Qaynarinfo CBS telekanalına istinadən xəbər verir.

O qeyd edib ki, söhbət ABŞ hərbçilərinin iştirakından gedir.

"Bəli (ABŞ qüvvələri müdafiə edəcək - red.), əgər həqiqətən Çin tərəfindən misli görünməmiş bir hücum olarsa", - Bayden deyib.

Eyni zamanda, ABŞ lideri vurğulayıb ki, əməkdaşlığa baxmayaraq, Vaşinqton Tayvanı müstəqillik əldə etməyə təşviq etmir.

Xatırladaq ki, MKİ-nin məlumatına görə, Çin lideri Si Szinpin hərbi rəhbərliyə 2027-ci ilə qədər Tayvanı güc yolu ilə nəzarətə götürməyə hazırlaşmağı əmr edib.

Nizami Bağırov