İdman 09:41 11.01.2023

ABŞ-da 4 məşqçi futboldan ömürlük uzaqlaşdırıldı

ABŞ Qadın Futbol Liqasında (NWSL) 4 məşqçi idmandan ömürlük uzaqlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, bir neçə oyunçunun şifahi və fiziki zorakılıqdan şikayət etməsindən sonra araşdırmalar aparılıb. Nəticədə məşqçilər Paul Rayli, Kristi Holli, Rori Deyms və Riçi Burk ömürlük diskvalifikasiya olunub. 2021-ci ildə irəli sürülən ittihamlara görə "Nort Karolina Kurc"un ingilis məşqçisi məşqçisi Rayli qovulmuş, bəzi matçlar təxirə salınmış, onun köməkçisi Lisa Baird isə istefa vermişdi. 

Bəzi məşqçilər, futbolçular haqqında isə müəyyən şərtlər və müddətlə futboldan uzaqlaşdırılma qərarı verilib. Belə ki, "Utah Royals"ın keçmiş baş məşqçisi Kreyq Herrinqtonla "Qoham"ın sabiq çalışdırıcısı Alis Lahyu isə iki il müddətinə uzaqlaşdırılıb. İrlandiya Respublikasının futbolçuları Vera Pau, Fərid Benstiti, Ceyms Klarkson, Amanda Kromvel, Sem Qrin və Alin Reis, müşahidə altında məşqi qəbul etmək və təqiblərə görə üzr istəmək şərtləri ilə razılaşsalar, yenidən liqaya qoşulmaları mümkün olacaq.

Liqada yer alan klublar "Çikaqo Red Stars" 1,5 milyon, "Portlend Torns" 1 milyon, "Rasinq Lyusvil" 200 min, "Nort Karolina Kurc" 100 min, "OL Reicn" və "Qoham" 50 min dollar cərimə olunub.

İstintaq çərçivəsində 200-dən çox oyunçu ilə aparılan müsahibələrdən sonra keçən il ifadələri ehtiva edən hesabat ictimaiyyətlə paylaşılmışdı.

Səbuhi Həsənov