Dünya 21:30 10.08.2022

ABŞ-da dörd müsəlman kişi və qadının qətli ilə bağlı şübhəli həbs edildi

Amerikanın Albuquerque şəhərinin polisi dörd müsəlman kişinin qətlində "əsas şübhəli"nin həbs edildiyini bildirib.

Qaynarinfo bu barədə BBC-yə istinadən xəbər verir.

51 yaşlı Məhəmməd Seyid dörd nəfərdən ən azı ikisinin qətlində ittiham olunub. Polis onun evində bir neçə silah tapıldığını bildirib.

Polisin məlumatına görə, şübhəlinin "son bir neçə ildə" Amerikaya gələn əfqanıstanlı olduğu güman edilir.

Polisin cinayət axtarışı bölməsinin komandir müavini Kayl Hartsok bildirib ki, şübhəli avtomobili saxlanıldıqdan və evində axtarış aparıldıqdan sonra həbs edilib.

Onun sözlərinə görə, polisə ictimaiyyət tərəfindən verilən məlumat onun avtomobilinin fotosu yayılandan cəmi iki gün sonra həbs olunmasına səbəb olub.

Qətllər doqquz ay ərzində, ən son üçü isə son iki həftə ərzində baş verib.

Qurbanlardan üçü pakistanlıdır, Polis onların "qəfildən hədəf alındığını və güllələndiyini" deyir.

Əslən Əfqanıstandan olan başqa bir şəxs Məhəmməd Əhmədi ötən ilin noyabrında öldürülüb

Polisin yaydığı xəbərdə deyilir ki,  Seyidin evində aparılan axtarış zamanı "dedektivlər hücum edənin qurbanlarla bir qədər tanış olduğunu və atışmalara şəxslər arasında şəxsi mübahisənin səbəb ola biləcəyini göstərən sübutlar tapıblar”.

M.Arif