Dünya 21:36 03.06.2023

ABŞ-da neft buruqlarının sayı azaldı

Bu həftə ABŞ-da neft quyularının sayı 15 ədəd azalıb.

Qaynarinfo xəbər verir ki, neft-mədən xidmətləri şirkəti "Baker Hughes" tərəfindən açıqlanan həftəlik məlumatlara görə, mayın 27-dən iyunun 2-nə keçən həftədə ölkədəki neft buruqlarının sayı əvvəlki həftə ilə müqayisədə 15 ədəd azalaraq 555-ə düşüb.

Son bir ildə ABŞ-da neft quyularının sayı 19 ədəd azalıb.

Cümə axşamını 74,18 dollardan bağlayan "Brent" markalı neftin barel qiyməti cümə günü 75,98 dollarla başa vurub.

Qərbi Texas (WTI) markalı xam neftin bir barelinin qiyməti cümə günü 71,74 dollar səviyyəsində bağlanıb. Cümə axşamı WTI tipli xam neftin bir bareli 70,10 dollara olub.

Aydın