Dünya 22:27 01.04.2023

ABŞ-da qasırğa və tornado nəticəsində ölənlərin sayı artdı

ABŞ-da tornadoda ölənlərin sayı 11-ə çatıb, onlarla adam xəstəxanaya yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Xəsarət alanların sayına görə ilk yerdə Arkanzas ştatı gəlir. Burada 30 mindən çox sakin işıqsız qalıb, bir neçə yüz insan evlərini itirib. Səlahiyyətlilər xilasetmə işlərinə mane olmamaq üçün əhalini evdə qalmağa çağırır.