Siyasət 09:48 01.07.2022

ABŞ Ermənistan və "Dağlıq Qarabağ"a maliyyə yardımı göstərəcək

Amerika Erməni Assambleyasının məlumatına görə, ABŞ 2023-cü ildə Ermənistana 60 milyon dollar maliyyə yardımı ayıracaq, daha 2 milyon dolların isə "Dağlıq Qarabağa” verilməsi planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə Sputnik ermənistan-ın məlumatında deyilir.

Mənbənin sözlərinə görə, Ermənistan və "DQR”ə yardım 2023-cü maliyyə ili üçün dövlət, xarici ayırmalar və müvafiq proqramlar haqqında qanun layihəsində nəzərdə tutulub. Sənəd Nümayəndələr Palatasının Xarici Təxsisatlar Komitəsi tərəfindən irəli sürülüb.

Ermənistana yardım iqtisadi inkişafa, özəl sektorun məhsuldarlığına, enerji müstəqilliyinə, demokratiyaya və qanunun aliliyinə yönələcək.

"Komitənin tövsiyəsində Dağlıq Qarabağda minatəmizləmə fəaliyyətləri üçün ən azı 2 milyon dollar da var... Komitə Dağlıq Qarabağdakı münaqişənin humanitar təsiri və mənzil, ərzaq təhlükəsizliyi, sağlamlıq və digər insan ehtiyacları, su və kanalizasiya sahələrində yaranan problemlərdən narahatdır”, - mesajda deyilir.

Qanun layihəsi Türkiyə prezidentinin təhlükəsizlik idarəsinə hərbi məhsulların tədarükünə qadağadan əlavə, Azadlığa Dəstək Qanununun 907-ci maddəsini də əhatə edir. Xüsusilə qeyd olunur ki, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez və Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiff Co Bayden administrasiyasının keçən həftə etdiyi 907-ci bölmənin ləğvindən ciddi narahat olduqlarını bildiriblər.

Bundan əvvəl ABŞ prezidenti Azərbaycana hərbi yardım qadağasını növbəti dəfə ləğv edib. 2002-ci ildən bəri Ağ Ev hər il 907 saylı düzəlişi ləğv edir və Konqres buna etiraz etmir.

Bəyanatda ABŞ-ın yardımı və təliminin Ermənistanla Azərbaycan arasında hərbi balansa təsir etmədiyini söyləməyi lüzumsuz hesab edən Menendesə istinad edilir. O, Azərbaycana hər cür yardıma ciddi nəzarəti davam etdirəcəyini və Dövlət Departamentindən tam şəffaflıqla fəaliyyət göstərməsini və Bakıya göstərilən hər hansı yardımı qiymətləndirmək üçün Konqresə bütün lazımi detalları təqdim etməsini gözlədiyini vurğulayıb.

Alpər