Dünya 19:00 16.02.2023

ABŞ hələ də Krımın Putinin "qırmızı xətti" olduğuna əmindir, lakin... - "Politico"

ABŞ prezident administrasiyası hələ də əmindir ki, Krımın Ukrayna tərəfindən qaytarılması Putin üçün "qırmızı xətt”dir və bu, ciddi şəkildə eskalasiya təhlükəsi yaradır, lakin eyni zamanda onlar Ukraynanın yarımadanı geri almaq hüququnu inkar etmirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə dörd həmsöhbətlə ünsiyyətə əsaslanan "Politico" materialında deyilir.

Fevralın 15-də ekspertlər heyəti qarşısında onlayn danışan dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Krımı geri almaq cəhdini "qırmızı xətti” keçmək kimi görəcək və bu, Rusiyanı miqyaslı reaksiyaya sövq edə bilər.

Nəşr iddia edir ki, qapalı görüşdə Blinkendən ABŞ-ın Ukraynaya bəyan etdiyi məqsədə çatmaqda və Krım da daxil olmaqla bütün işğal olunmuş əraziləri qaytarmaqda köməklik edib-etməyəcəyi soruşulub. Cavabın şahidi olan dörd nəfərin sözlərinə görə, Blinken ABŞ-ın Ukraynanı Krımı geri almağa xüsusilə təşviq etmədiyini, lakin qərarın "bütünlükdə Kiyevdə” olduğunu və Bayden administrasiyasının əsas məqsədinin Ukraynaya şərqdə davam edən döyüşlərdə uğur qazanmasına kömək etməkdə gördüyünü açıqlayıb. 

Bu, Pentaqon rəsmilərinin Ukraynanın yaxın gələcəkdə Krımı azad edə bilməyəcəyi ilə bağlı son şərhləri ilə üst-üstə düşür.

Blinkenin sözləri söhbətin bir neçə şahidində belə qənaət yaradıb ki, Vaşinqtonun Krımı qaytarmaq niyyətini indiki məqamda çox müdrik addım hesab etmir, lakin bu fikir açıq deyilməyib. 

Digər iki şahid isə dövlət katibinin cavabını bu şəkildə qəbul etmədiklərini deyirlər və qeyd ediblər ki, o, hansı ərazilərin hərbi yolla qaytarılması ilə bağlı qərarın tamamilə Ukraynaya aid olduğunu bildirib, ona görə də bu, hətta Blinkenin Ukraynanın Krıma girməyə cəhd edə biləcəyi senariyə olduqca açıq olduğuna bir işarə kimi qəbul edilə bilər.  

Nizami Bağırov