Dünya 18:29 22.12.2022

ABŞ-ın Ukraynada müharibəni bitirmək üçün üç variantı var: Zelenski yalnız birini dəstəkləyir

ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün üç variantı müzakirə edib. 

Qaynarinfo "Washington Post"a istinadən yazır ki, onların hər birinin tərəfdarları var, ancaq Ukrayna prezidenti Volodimir Zelenski yalnız birini dəstəkləyir.

Birinci varianta Ukrayna prezidentinin ötən ay elan etdiyi təkliflər daxildir. O, Rusiyanın 2014-cü ildə ələ keçirdiyi Krım və Donbass rayonları da daxil olmaqla Ukraynanın bütün ərazisindən çıxarılmasını nəzərdə tutur.

İkinci variant 2014-cü ilin "sərhədinə” çəkilməyi nəzərdə tutur, üçüncüsü isə Rusiya qoşunlarının Krım istisna olmaqla, Ukraynadan tamamilə çıxarılmasını nəzərdə tutur.

Nəşrin yazdığına görə, Zelenski son iki variantı dəstəkləməyəcəyini açıq şəkildə bildirib və qeyd edib ki, sülh yalnız rus işğalçıları ələ keçirdikləri bütün ərazilərdən geri çəkildikdə baş verə bilər.

Yüksək rütbəli bir məmur deyib ki, üzbəüz görüş zamanı Bayden "Zelenskinin bunun necə olması barədə hazırkı fikirlərini” soruşub. Eyni zamanda, rəsmi etiraf edib ki, "hazırda bu, bir növ akademik müzakirədir", çünki Rusiyanın danışıqlarda maraqlı olduğuna dair heç bir əlamət yoxdur.

Xatırladaq ki, dekabrın 21-də Ukrayna prezidenti Volodimir Zelenski əvvəlcədən elan edilməmiş səfərlə Vaşinqtona gedib və bu, Rusiyanın genişmiqyaslı işğalının başlamasından sonra ilk xarici səfəri olub.

Orada o, Ağ Evin rəhbəri Co Baydenlə görüşüb, həmçinin ABŞ Konqresində çıxış edib. Həmin gün ABŞ Ukraynaya ilk dəfə Patriot hava hücumundan müdafiə sistemlərinin də daxil olduğu 1,85 milyard dollarlıq yardım paketinin elan edib.

Nizami Bağırov