"İran insan haqlarının pozulmasına görə məsuliyyət daşıyır".
Qaynarinfo "Amerika Səsi"nə radiosunun fars bölməsinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays
deyib.
Departament rəsçisi cümə axşamı mətbuat konfransında İranda insan haqlarının pozulması və BMT ekspertlərinin buna görə narahatlığı ilə bağlı danışıb: "Biz dinc nümayişçilərə qarşı zorakılıqları qətiyyətlə pisləyirik. Etirazçıların öz fundamental azadlıqlarından dinc şəkildə istifadə etmək hüququnu dəstəklədiyimizi bir daha bildiririk".
Xatırladaq ki, iyunun 16-da İranın müxtəlif şəhərlərində 41 etiraz aksiyası keçirilib. Qonşu ölkədə təhsil, sosial təminat işçiləri, pensiyaçılar və ticarətçilər sosial tələblərlə etiraz aksiyaları təşkil edir.
M.Arif
Şərhlər