Dünya 11:10 09.11.2022

ABŞ Konqresinə səsvermə başa çatdı, Baydenin işi çətinləşir

ABŞ-da Konqresə seçkilərdə səsvermə başa çatıb. 

Qaynarinfo Rosbalt-a istinadən xəbər verir ki, Alyaska ştatında sonuncu seçki məntəqələri də bağlanıb.

İlk seçki məntəqələri ABŞ-ın şərq sahilindəki bir sıra rayonlarda çərşənbə axşamı saat 18.00-da (Bakı vaxtı ilə çərşənbə axşamı saat 03.00), sonuncu - Alyaskada isə çərşənbə axşamı saat 01.00-da (Bakı vaxtı ilə 10.00) bağlanıb.

Hazırda şəraitdən asılı olaraq bir neçə günə qədər uzana bilən səslərin hesablanması davam edir.

Hazırkı seçkilərin nəticələri Nümayəndələr Palatasındakı 435 yerin hamısının və Senatdakı yerlərin təxminən üçdə birinin taleyini müəyyən edəcək. İlkin proqnozlar göstərir ki, müxalif Respublikaçılar Partiyası Konqresin ən azı bir palatasına nəzarəti ələ keçirəcək. Bu, öz növbəsində, hazırkı demokrat prezident Co Baydenin işini və onun demək olar ki, bütün qanunvericilik təşəbbüslərini irəli sürməsini ciddi şəkildə çətinləşdirmək təhlükəsi yaradır.
 
Alpər