Dünya 22:58 29.03.2023

ABŞ kosmosda Rusiya və Çinlə mümkün münaqişəyə hazırlaşmağa başladı - WSJ

ABŞ Müdafiə Nazirliyi ABŞ Kosmik Qüvvələrini (USSF) kosmosda Rusiya və Çinlə gələcək mümkün münaqişəyə hazırlamağa başlayıb. Qərar Rusiya və Çinin peykləri sıradan çıxara və mülki rabitə vasitələrinə zərər verə biləcək lazer və raketlər yerləşdirməsi fonunda verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ) yazır.

WSJ-nin məlumatına görə, mart ayında Ağ Ev USSF-nin illik büdcəsini 30 milyard dollara çatdırmağı təklif edib ki, bu da rekord məbləğ olacaq. ABŞ administrasiyasının təklif etdiyi məbləğ USSF-nin 2021-ci il büdcəsindən təxminən 4 milyard dollar çoxdur. Ağ Ev həmçinin hava və dəniz qüvvələrinə ayrılan vəsaitin artırılmasını təklif edib.

WSJ-nin məlumatına görə, USSF xərclərinin artması hərbi personalın sayını 16 minə çatdıracaq. USSF əməkdaşları üçün kosmosda döyüşə hazırlaşmaq üçün xüsusi simulyatorlar alacaq, həmçinin onlara peyklər, yerüstü rabitə və sensor avadanlıqları, silah sistemləri ilə işləməyi öyrədəcəklər.

WSJ xatırladıb ki, əvvəllər ABŞ pilotlu kosmik döyüş gəmiləri yaratmaq planlarından imtina edib, çünki Yer orbitindən kənarda olan qoşunların logistikası çox baha olacaq.

Keçən il ABŞ-ın Müdafiə təhlükəsizliyi strategiyası Çini ən böyük təhlükəsizliyə təhdid kimi göstərib. Bu, digər məsələlərlə yanaşı, peykləri vurmağa qadir olan lazerlərin və yerüstü raketlərin inkişafı fonunda baş verib. Sənəddə təhlükəsizliyə əsas təhdidlərdən biri kimi Rusiyanın da adı çəkilib.

Nizami Bağırov