Dünya 16:14 08.06.2023

ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək edən 5 ölkənin adını açıqladı

Sanksiyalara baxmayaraq, Rusiya xarici elektronika almağa davam edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazıb.
 
ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayen deyib ki, bu işdə başqa ölkələr Rusiyaya kömək edir.

O qeyd edib ki, 2023-cü ilin əvvəlinə Rusiyaya əsas mikroçiplər və elektronika idxalı Qərbin sanksiyalarından əvvəl müşahidə olunan səviyyəyə çatıb. Bu, Avropa şirkətlərinin çipləri, prosessorları və inteqral sxemləri üçüncü ölkələrə satması, o ölkələrinsə sonra onları Rusiyaya satması səbəbindən baş verib. Bu komponentlər müasir silah sistemlərinin istehsalı üçün zəruridir, ona görə də Vaşinqton bu cür tədarükləri Rusiya Federasiyasına məhdudlaşdırmağa çalışır.

Dövlət Departamentinin məlumatına görə, ən azı beş ölkə Rusiyaya çip və digər elektronika almaqda kömək edir - Ermənistan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri.

Alpər