Dünya 13:11 28.10.2022

ABŞ səfiri Rusiyanın dezinformasiya siyasəti haqqında: "Bu görüş hər kəsin vaxt itkisidir"

"Rusiya bizi bura daha bir dezinformasiya yaymaq məqsədi ilə çağırıb. Hamımız bilirik ki, bu iddialar heç bir sübut olmadan irəli sürülən sırf uydurmadır”.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Linda Tomas-Qrinfild BMT Təhlükəsizlik Şurasının iclasından əvvəl həmkarlarına deyib.

O, həmçinin vurğulayıb ki, bu görüş hamı üçün vaxt itkisidir. Moskvanın Kiyevin bioloji silaha malik olması ilə bağlı son iddiaları absurddur:

"Rusiyanın bioloji silahların quşlar və yarasalar, hətta ağcaqanadlar tərəfindən çatdırılacağına dair həyəcan təbili çaldığını eşidirik. Rusiyanın iddiaları bir çox səbəblərə görə absurddur, o cümlədən belə növlər, hətta silahlandırıla bilsələr belə, Avropa qitəsi və Ukraynanın özü üçün digər ölkələr qərəd təhlükə yarada bilər".

Xəyal Abdulayev