Dünya 13:56 07.12.2022

ABŞ Senatında demokratlar səs çoxluğu qazandı

Corciya ştatında ABŞ Senatına keçirilən seçkilərin ikinci turunda hazırkı demokrat Rafael Uornok mandat qazanıb. 

Qaynarinfo "Politico”ya istinadən xəbər verir ki, bülletenlərin 98%-nin sayılmasından sonra o, 51,3%, respublikaçı rəqibi Herşel Uoker isə 48,7% səs toplayıb.

Uornokun qələbəsi sayəsində Demokratlar Senatda 100 yerdən 51-ni qazanıblar. 

Qeyd edək ki, noyabrın 8-də ABŞ-da aralıq seçkiləri keçirilib. Respublikaçılar 213-ə qarşı 222 yer alaraq Nümayəndələr Palatasına nəzarəti ələ keçirə biliblər. Bu onlara yaxın iki ildə ölkədə gündəmin formalaşmasında iştirak etməyə imkan verəcək.

Nizami Bağırov