Dünya 10:12 15.03.2023

ABŞ senatorları Pentaqondan F-16 qırıcılarının Ukraynaya verilməsini tələb etdi

ABŞ-ın Demokratik və Respublikaçı partiyalarından olan səkkiz senator Pentaqona müraciət edərək, Ukrayna hərbçilərinin müasir F-16 qırıcıları ilə təchiz edilməsi imkanlarının öyrənilməsini tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə PoliticoFox News yazır.

Konqresmenlərin müraciətində deyilir ki, Rusiya ilə Ukrayna arasında münaqişə hazırda "kritik mərhələdədir” və Ukrayna tərəfindən qırıcı təyyarələrin alınması "Ukrayna Silahlı Qüvvələri üçün mühüm fürsət olacaq və bu, döyüş meydanında oyun qaydalarını dəyişdirə bilər”.

Senatorlar ABŞ-ın müdafiə naziri Lloyd Austin-dən bu həftənin sonuna qədər göndərmək üçün müsbət qərar qəbul etmək məqsədiylə lazım olan müxtəlif amillərin qiymətləndirilməsini onlara təqdim etməyi xahiş ediblər. Xüsusilə, onlar F-16 tədarüklərinin münaqişənin inkişafına təsiri, ukraynalı pilotlar üçün mümkün təlim müddəti, Kiyevin digər silahlarla müqayisədə qırıcıların əldə edilməsinə maraq səviyyəsi və haradan qiymətləndirilməsini gözləyirlər. Qırıcılar istehsaldan dərhal sonra və ya hazırkı ehtiyatlardan təmin oluna bilər.

"Avropada sülh və təhlükəsizliyi bərpa etmək üçün Birləşmiş Ştatlar Ukraynanın səylərini ən yaxşı şəkildə necə dəstəkləyəcəyini daim qiymətləndirmək üçün müttəfiqləri ilə işləməyə davam etməlidir”, - senatorlar yekunlaşdırıblar.

Alpər