İdman 13:11 10.06.2023

Acun Ilıcalı aldığı növbəti klubun adını açıqladı

İngiltərə Çempionşip komandalarından "Hall Siti”nin sahibi Acun Ilıcalı futbola daha bir sərmayə qoyub.

Qaynarinfo-nun məlumatına görə, Türkiyəli iş adamı İrlandiya Premyer Liqa təmsilçilərindən "Şelburn"un səhmlərinin bir hissəsini aldığını açıqlayıb. Ilıcalı paylaşımında bu ifadələrdən istifadə edib:

"Hall Siti" ilə başlayan güclü futbol sərmayələrimiz İrlandiya Premyer Liqasının ən qədim və köklü klublarından biri "Şelburn"un əsas səhmlərinin alınması ilə davam edir. Məqsədimiz "Şelburn"la birlikdə avrokuboklarda iştirak etmək, mühüm uğurlar qazanmaq və dünya futboluna çoxlu istedadlar bağışlamaqdır. Biz İrlandiya futboluna, klubun potensialına və azarkeşlərimizə inanırıq".

Səbuhi Həsənov