Ölkə 16:51 14.03.2023

Adil Qəribov müşavir təyin edildi

Akademik Adil Qəribov müşavir vəzifəsinə təyin olunub.

Bu barədə Qaynarinfo-ya akademik özü məlumat verib. 

Adil Qəribov bildirib ki, AMEA-da müşavir vəzifəsində çalışır:

"Elimi fəaliyyətimi də davam etdirirəm”.

Qeyd edək ki, ötən ilin noyabr ayının 1-dən akademiklər Adil Qəribov və Fikrət Əliyev AMEA-nın Rəyasət Heyətinin üzvlüyündən azad ediliblər. Urxan Ələkbərov isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası rektoru vəzifəsində olduğu üçün AMEA-nın müşavir vəzifəsindən azad olunub. 

Əhməd