Siyasət 14:23 15.03.2023

"Adil Qeybullanı istefaya təhrik edənlər var" (AÇIQLAMA)

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı professor Adil Qeybullanın qurumdan istefa verməsinə aydınlıq gətirib. 

Hərəkatın təşkilat məsələləri üzrə sədr müavini Ədalət Yusub Qaynarinfo-ya açıqlamasında bildirib ki, Adil Qeybulla bu addımı öz istəyi ilə atmayıb:

"Zaman darlığından geniş açıqlama verə bilmirəm. Onun gedişini çox konkret dəyərləndirəcəm. Adil bəy bu addımı atdı, uğur olsun. Yaxşı yol, amma çox istəyərdim ki, Adil bəy bu addımı öz iradəsindən asılı olaraq atmış olsun. Çox təəssüf... Zaman olan kimi bu məsələnin detallarını açıqlayacağam".

Qeyd edək ki, professor Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatından istefa verib. Professor istefasının bəzi səbəblərini açıqlasa da, bəzi detalları gizli saxlayıb. 

Bahar Rüstəmli