İdman 11:29 17.03.2022

AFFA fond yaratdı, baş katib dəyişdi

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
 
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunsun. 
 
2. Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibi təsdiq olunsun:
 
Sədr

Vəli Qasımov
 
Üzvlər

Fəxrəddin Manafov
Asim Xudiyev
Yunis Hüseynov
Qənirə Paşayeva
Sona Abbasova
Anar Həsənov
Rüstəm Əfsərli
Şaiq Qəribzadə

3. AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
 
- Tofiq Məmmədov (Gəncə)
- Nazim Mehrəliyev (Ağdam)
- Hafiz Əliyev (Naxçıvan)
 
4. AFFA-nın 30 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi təsdiq olunsun.
 
Səbuhi Həsənov