İdman 15:17 04.05.2022

AFFA "Səbail"in şikayətini təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
 
Qaynarinfo xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib.
 
1. EFA komandası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
 
2. İntizam Komitəsinin 08.04.2022-ci il tarixdə EFA komandasının baş məşqçisi Vüsal Mustafayev barəsində verdiyi 1 il 6 ay müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə cəzası qüvvədə saxlanılsın.
 
Qurum "Səbail"in də şikayətlərinə baxıb və onları təmin etməyib.
 
1. "Səbail” PFK İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
 
2. İntizam Komitəsinin 08.04.2022-ci il tarixdə "Səbail” futbol komandasının seleksioneri Ramal Hüseynov barəsində verdiyi 2 (iki) il müddətinə yarışlardan kənarlaşdırılma cəzası qüvvədə saxlanılsın.
 
Səbuhi Həsənov