Dünya 13:27 28.02.2023

Ağ Ev Bayden və Şolts arasında gözlənilən görüşün əsas mövzusunu açıqladı

Bu həftə ABŞ prezidenti Co Bayden Vaşinqtonda Almaniya kansleri Olaf Şoltsla görüşəcək. Bir nömrəli mövzu Ukraynaya yardım olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna ABŞ Milli təhlükəsizlik şurasının koordinatoru Con Kirbinin fevralın 27-də verdiyi açıqlamaya istinadən yazır.

"Şübhəsiz ki, Ukraynadakı müharibə əsas müzakirə mövzusu olacaq və bu, prezident Baydenə Ukraynaya verdikləri dəstəyə görə kanslerə, eləcə də Almaniya xalqına bir daha təşəkkür etmək şansı verəcək”, - deyə rəsmi bildirib.
 
Kirbinin sözlərinə görə, Almaniya NATO-nun etibarlı müttəfiqi, yaxşı dost və tərəfdaşdır.

"Ona görə də biz bütün bunlara görə minnətdarıq və yaxşı müzakirəni səbirsizliklə gözləyirik", - Ağ Evin nümayəndəsi əlavə edib.

Xatırladaq ki, Şolts martın 3-də ABŞ-a səfər etmək niyyətindədir. O, Vaşinqtonda Baydenlə görüşəcək.

Nizami Bağırov