Ölkə 13:03 16.03.2023

Ağdamda mina partlayışı: İki nəfər həlak oldu

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.

DİN-in Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.