Foto 16:38 07.05.2023

Ağdamda sambo güləş üzrə ölkə turniri keçirildi (FOTOLAR)

2023-cü il 6 May tarixində Ağdam Olimpiya İdman Kompleksində Şəhid Əhliman Ağayevin xatirəsinə həsr olunmuş sambo güləşi üzrə Açıq Respublika turniri keçirilib. 

Tədbirdə Ağdam RİH-nin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Şəhid atası, Qarabağ qazisi- Hacı Əkbər Rüstəmov, Dünya və Avropa çempionu İslam Qasımov, Olimpiya və Avropa Olimpiya oyunlarının hakimi Cabir İsmayılov, Azərbaycan Respublikası əməkdar məşqçi, SSR İdman Ustası, Azərbaycan Əlbəyaxa Döyüş Liqasının təsisci drektoru, Qarabağ müharibəsi Qazisi Mübariz İbrahimov, Ağdam Olimpiya İdman Kompleksinin drektoru Bəhruz Kazımov, Qarabağ Qazilər Birliyinin Ağdam filialının sədri Şamil Əbilov,  Azərbaycan Sambo Federasiyasının , rayonun Hüquq mühafizə orqanlarının rəhbərliyi, qazilər, veteran idmançılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Turnirə aparıcılığı tanınmış şair Abdal Qəhrəman edib.

Sanboçu şəhid Əhliman Ağayevin əkiz qardaşı, sambo üzrə beynəlxalq tutullara sahib Səhliman Ağayev turnirin Ağdamda keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu qeyd edib: 

"Bildiyiniz kimi biz Ağdam rayonunda doğulmuşuq. Qardaşımın Qarabağ müharibəsinin ilk illərində silaha sarılması hadisəsi elə bu torpaqlarda olub. Ona görə də onun doğulduğu və şəhid olduğu rayonda bu turnirin təşkil edilməsinin xüsusi əhəmiyyəti var. Əminliklə deyə bilərəm ki, ölkəmizdə sanbonun inkişafı üçün gələcəkdə əlimdən gələni əsirgəməyəcəyəm. Həmçinin növbəti belə turnirlərin keçirilməsi səy göstərəcəyəm. Ümid edirəm ki, həmişə olduğu kimi yerli samboçularımız beynəlxalq idman arenalarında ölkəmizi laiqincə təmsil edəcək və bu turnir həmin nəaliyyətlər üçün böyük töhvə verəcəkdir”. 

Turnir  əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən bəhs edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Yarışın sonunda qaliblər mükafatlandırılıb.