Dünya 10:12 10.02.2023

Aİ sammitinin pərdəarxasında səslənən 7 sitat

Xəbər verdiyimiz kimi, ötən gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti keçirilib. Sammitdə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqı sammitinin pərdəarxasında səslənən 7 sitat "Facebook" profilində yazıb

Qaynarinfo həmin sitatları təqdim edir:

- Avropa Ukraynadır, Ukrayna Avropadır;
- Dondurulmuş Rusiya pullarını Ukraynanın itkilərini kompensasiya etmək üçün yönəltməsinə qanuni və səmərəli yol tapacağıq;
- Putin təcavüzə görə cavab verməlidir. Xüsusi tribunal yaratmaq üçün siyasi iradə var;
- Prezident Zelenski, siz müharibə dövrünün liderlik nümunəsisiniz;
- Çox şeylər bizə qeyri-mümkün görünürdü və Ukrayna hər şeyin mümkün olduğunu göstərdi;
- Biz sizə qalib gəlmək üçün lazım olan hər şeyi, o cümlədən təyyarələri verəcəyik;
- Putin mərc etdi ki, zaman keçdikcə biz marağı itirəcəyik və bu, yalnız bir şey deməkdir - biz sizi həmişəkindən daha çox dəstəkləyəcəyik;
- Ukrayna qalib gəlməlidir.

Bunlar Aİ sammitinin pərdəarxasında səslənən 7 sitatdır. Nəinki danışan, həm də qərar qəbul edən insanlardan. Bütün bunları müxtəlif insanlar söylədi, amma hər şey bağlı qapılar arxasında oldu, üzr istəyirəm, amma soyadlar olmayacaq. Bununla belə, mənzərə aydındır.

48 saatdan az müddətdə prezident Zelenski London, Paris və Brüsselə səfər edib. Tanklar, uzaqmənzilli raketlər, döyüş təyyarələri və torpağımıza gətirdiyi pisliyə görə Rusiyanın cəzası naminə.

Və bu bir yarım gün ərzində hər üç paytaxtda Baxmut, Kremennaya, Qulyaypole yaxınlığındakı səngərlərdəki əsgərlərimiz və işğal olunmuş ərazilərdəki vətəndaşlarımız haqqında daim fikirləşirdim. Onlar bilməlidirlər ki, bütün bunlar baş verəcək, siz isə indi möhkəm olmalısınız. 

Komanda olaraq qalib gəlmək üçün sizə lazım olan hər şeyi çatdıracağıq. Mən bu barədə artıq danışmışam və tam məsuliyyətlə təkrar edirəm. Hələ çox müzakirələr, tərəfdaşlarla həll edilməli olan texniki problemlər, logistika və təchizat sabitliyi var. Amma bütün bunlar olacaq. Və bu bir qələbədir.

Nizami Bağırov