Dünya 18:11 06.06.2023

AK: Rusiyayönlülərin Slovakiya və Avstriyadakı seçkilərdə mümkün qələbəsini fəlakətdir

Avropa Komissiyası (AK) Slovakiya və Avstriyada keçirilən parlament seçkilərində rusiyayönlü qüvvələrin mümkün qələbəsindən ciddi narahatdır. Avropa rəsmilərinin fikrincə, belə bir senari "fəlakət” olardı.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” mənbələrə istinadən yazır.

"Politico” adı açıqlanmayan Avropa rəsmilərinin fikrinə istinad edir ki, bu ölkələrdə "rus tərəfdarlarının” qələbəsi Moskvaya "Ukraynaya qarşı güclü alət” verəcək, sanksiyalarla mübarizəni asanlaşdıracaq və Kiyevə yardımı çətinləşdirəcək.

Avstriya və Slovakiyadakı rusiyapərəst siyasi qüvvələr arasında nəşrin həmsöhbətləri Avstriya Azadlıq Partiyasını və Slovakiyanın "Smer” partiyasını adlandırırlar. "Politico”nun fikrincə, onların hər ikisi ciddi reytinqlərə malikdir və öz ölkələrində keçirilən parlament seçkilərində qalib gəlmək üçün real şanslara malikdir. Adı Politico materialında qeyd olunmayan AK sözçüsü bu senarini "fəlakət” adlandırıb.

Nəşrin Avropa Komissiyasındakı həmsöhbətlərinin fikrincə, Avstriya və Slovakiyadakı rusiyapərəst partiyalar seçkilərdə qalib gəlsələr, onların siyasəti Macarıstanın baş naziri Viktor Orbanın hərəkətlərinə bənzəyəcək, hansı ki, Ukrayna üçün Kiyevə silah tədarükü, həmçinin Rusiyaya qarşı sanksiyalarını müzakirə edərkən mütəmadi olaraq digər Aİ ölkələrinə problemlər yaradır.

Nizami Bağırov