Ekonomiks 14:05 25.02.2023

“Akkord”un təsisçisinin ölkədən çıxışına “stop” qoyulur - 783 min borc

"Akkord Logistika Mərkəzi”nin və "Akkord Nəqliyyat”  Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisinin ölkədən çıxışına "stop” qoyula bilər.  

Qaynarinfo-nun məlumatına görə, sahibkar, şirkətlərin qanuni təmsilçisi Sərxan Məmməd-Bağırov İlhamın vergi borcu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Şəki Apellyasiya Məhkəməsinə müraciət edib. 

İşə hakim Günay Cavadovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, "Akkord Nəqliyyat”  MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 783 min 438 manat 85 qəpik vergi borcu var.

Əhməd