Ölkə 14:00 12.08.2022

Almaniyada 28 avroya olan dərman Bakıya çatanda niyə 106 manat olur?

"Azərbaycana gətirilən dərman pereparatlarına müxtəlif rüsumlar (aksiz və sair) tətbiq etdikdən sonra əsas məbləğin 54 faizinə qədər rüsum alınır. Bundan başqa, dərman şirkəti əgər illik 200 min manatlıq dövriyyəyə sahibdirsə, 18 faiz vergi verir. Dövriyyə 18 faizi keçdikdən sonra isə bu rəqəm 25, hətta 30 faizə qədər artır. Adını da ƏDV qoyublar”. 
 
Qaynarinfo xəbər verir ki, bunu jurnalist Natiq Cavadlı Almaniyada 28 avroya olan "prostaqutt” dərmanın Bakıda 106 manata satıldığı ilə bağlı yazdığı statusdan sonra ona bir necə sahibkardan telefon gəldiyini deyib. Sahibkar söhbət əsasında jurnalistə xarici ölkələrdən gətirilən dərmanların Azərbaycanda niyə baha satılmasının səbəblərini açıqlayıb. 

Sahibkar bildirib ki, Dövlət Gömrük Komitəsi təkcə dərman pereparatlarına deyil, bütün məhsullara ikili sənədləşmə edir:
 
"Birinci sənədləşmə sahibkarın gördüyü və mal və məhsullarını çıxarmaq üçün verilən kağızlardan ibarətdir. Orada ümumi dəyərin 54 faizə qədəri həcmində rüsum qeyd olunur. İkinci isə əsl sənəddir ki, orada rəqəmlər tamam başqadır. Təxminən 36 faizlik hissəni aşmır. Ortada yaranan 18 faiz (54-36) isə gömrüyün "qazancıdır". Yəni, o sənədləşdirməyə salınmır.
 
Hələ bir də o var ki, AQTA bir ayrıca icazə verməlidir. Bu hər məhsul ad və növünə görə 300-500 manat təşkil edir. Bundan başqa, gömrük işçiləri hansısa sənədləri bəhanə gətirib yüklə dolu maşını bir neçə gün saxlayır ki, bu da hər gün üçün əlavə 150 dollar deməkdir”.
 
Qeyd edək ki, Natiq Cavadlı bir neçə gün əvvəl "prostaqutt” dərmanı ilə bağlı status yazıb. O, bildirib ki, Almaniyada 28 avroya satılan bu dərman Bakıda 106 manata satılır.

Bahar Rüstəmli