Dünya 16:30 24.11.2022

Almaniyada güneyli fəalın evinə hücum edildi - Ağır yaralandı (FOTO)

Almaniyanın Bonn şəhərində yaşayan Güney Azərbaycandan olan milli fəal Dr.Nurəddin Qərəvinin evinə basqın olub.
 
Qaynarinfo xəbər verir ki, bu haqda jurnalist Aygün Muradxanlı öz "Facebook" hesabında paylaşım edib.
 
O bildirib ki, Dr.Nurəddin Qərəvi ağır yaralanıb.
 
Dr.Nurəddin Qərəvi 25 ildir dərc edilən "Ana dili” qəzetinin qurucusudur. Almaniya polisi araşdırma başladıb. Nurəddin bəy hücum edənləri tanımayıb.