Ölkə 17:47 30.09.2022

AMEA işçilərinin say həddi müəyyən edildi

Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında qərarında bildirilib.
 
Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.