Dünya 10:40 14.07.2022

Amerikalı turist Vezuvi vulkanının kraterinə düşdü

İtaliyada amerikalı turist mobil telefonunu götürmək istəyərkən Vezuvi dağının kraterinə düşüb.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu barədə Neapol polisi məlumat verib.

Bildirilir ki, Baltimordan olan 23 yaşlı turist üç qohumunun müşayiəti ilə qadağan olunmuş cığırla gedirmiş. Bu cığırda iki britaniyalı turist də olub.

Yıxılan şəxs qollarında və kürəyində bir neçə qançırlarla xilas olub. O, xəstəxanaya yerləşdirməkdən imtina edib.

Polis qeyd edib ki, cığırda təhlükə barədə xəbərdarlıq edən açıq işarələr var. İndi prokuror turistlərə ictimai əmlaka müdaxilədə rəsmi ittiham irəli sürülməsi barədə qərar qəbul edir.
 
Alpər