Dünya 16:46 31.01.2023

Ankara İsveç və Finlandiya ilə bağlı NATO protokolunu ratifikasiya etməyəcək - XİN

Türkiyə parlamenti "indiki şəraitdə" İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etməyəcək. 

Qaynarinfo xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyəyə səfəri zamanı "parlamentdə olub, partiyalarla görüşüb və eşidib ki, bütün tərəflər eyni dərəcədə bəyan edirlər ki, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədən protokolun ratifikasiyası mümkün deyil”. 

"Ona görə də indiki şəraitdə bu sənədin təsdiqindən danışmağa dəyməz”, - Çavuşoğlu vurğulayıb.

Daha əvvəl İsveçin xarici işlər naziri Tobias Billström Quranın yandırılması ilə bağlı aksiyalar fonunda krallığın NATO-ya qəbulu prosesinin dayandırıldığını bildirsə də, Ankara ilə xarici işlər nazirliklərinin iyulda Vilnüsdə ittifaq ölkələrinin keçirəcəyi sammitdə razılıq əldə olunacağına ümid etdiyini bildirib.
 
Ankaradakı mənbələr İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün üçtərəfli mexanizmin Türkiyə tərəfinin tələbi ilə qeyri-müəyyən müddətə dayandırıldığını bildiriblər.

Alpər