Sağlamlıq 17:06 23.04.2023

Argentinada 40 nəfər denge qızdırmasından ölüb

Argentinada bu ilin əvvəlindən 40 nəfər denge qızdırmasından vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

60 mindən çox faktın aşkar edildiyini qeyd edən nazirlik, ağcaqanad əleyhinə tədbirlərin gücləndirilməsini, o cümlədən qapı və pəncərələrdə ağcaqanad torlarının və həşərat qovucuların istifadəsini, çoxalma yeri kimi xidmət edə biləcək su qablarının yığışdırılmasını məsləhət görüb.

Bioloq Marianela Qarsiya Alba dünyada və Argentinada tempraturun artması səbəbindən ağcaqanadların sayının arta biləcəyini və ölkənin cənubuna doğru yayılmağa davam etdiyini qeyd edib.

Bioloqlar radiasiya ilə DNT-ni zədələdikləri minlərlə ağcaqanadı sürfələrinin sağ qalmaması ümidi ilə laboratoriyalara buraxırlar. Bununla da radiasiyaya məruz qalan ağcaqanadları dominant növ halına gətirərək, denge qızdırmasının yayılmasının qarşısını almağı hədəfləyirlər.

Argentinadakı qızdırma "Aedes aegypti" ağcaqanadları tərəfindən yayılır və yoluxduğu şəxslərdə yüksək hərarət, baş ağrısı, ürəkbulanma və oynaq ağrılarına səbəb olur.

Aydın