İdman 10:37 29.03.2023

Argentinadan 7 qol, Messidən het-trik (VİDEO)

Argentina millisi növbəti yoldaşlıq görüşünü keçirib.
 
Qaynarinfo xəbər verir ki, Lionel Skaloninin komandası Kurasao ilə üz-üzə gəlib. Son dünya çempionu bu görüşdə böyükhesablı qələbə qazanıb - 7:0.

Argentinanın heyətində Lionel Messi het-trik (20, 33, 37) edib. Digər qolları 23-cü dəqiqədə Nikolas Qonsales, 35-də Enzo Fernandes, 78-də Anhel Di Mariya və 87-də Montiel Qonzalo rəqib qapısından keçirib.
 
Səbuhi Həsənov