Ekonomiks 14:04 19.12.2022

ASCO Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərdi

Dekabrın 19-dan 21-dək Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 m\s,arabir 25-30 m\s acıq dənizdə 33 m\s qədər güclənəcəyi gözlənilir. Dalganın hündürlüyünün 2-4 metr, Xəzərin orta hissəsində 4-6 metr olacagı gözlənilir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Qaynarinfo-ya verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

"Gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar”, - xəbərdarlıqda qeyd olunur.