Dünya 23:43 01.04.2023

Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı sensasion məlumatlar (VİDEO)

"Caliber” "YouTube” layihəsinin növbəti süjetində Avropa İttifaqının (Aİ) Ermənistanda olan missiyasının fəaliyyətinə dair yeni məqamlara toxunulub. 

Müəllif qeyd edir ki, "Caliber”in etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, sözügedən missiya mülki yox, hərbi-kəşfiyyat xarakterli fəaliyyətlə məşğuldur.

"Təkcə Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin polis məmuru vəzifəsi ilə kamufulyaj edilmiş kəşfiyyatçı fəaliyyətinə nəzər yetirmək kifayət edir. Onun 2005-ci ildə Kosovoda, 2007-2008-ci illərdə Gürcüstanda, 2012-2013-cü illərdə Cənubi Sudanda və 2017-2019-cu illərdə Avropa İttifaqı Konsulluğun rəhbəri kimi Bağdaddakı fəaliyyətinə diqqət yetirmək kifayət edir”, - deyə süjetdə qeyd olunur.

Daha ətraflı "Caliber”in yeni süjetində: