İdman 14:22 08.06.2023

Avropa kuboklarının hər üçündə qalib gələn yeganə futbolçu

Emerson Palmyeri cari Avropa kuboklarının hər üçündə qalib gələn yeganə oyunçudur.

Qaynarinfo xəbər verir ki, 28 yaşlı futbolçu "Vest Hem"lə Konfrans Liqasının qalibi olub. Finalda "Fiorentina"ya qalib gəlib (2:1).

Braziliya əsilli müdafiəçi "Çelsi"nin heyətində 2019-cu ildə Avropa Liqasının və 2021-ci ildə Çempionlar Liqasının qalibi olub. O, həm də İtaliya millisinin heyətində Avropa çempionu və UEFA Super Kubokunun sahibidir.

Joze Mourinyo Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasını qazanan yeganə məşqçidir.

Nizami Bağırov