Dünya 17:11 28.03.2023

Avropa plastik və kağız kartlardan imtina edir, rəqəmsal cüzdana keçir

Avropa İttifaqı bütün kağız və plastik sənədlərdən, xüsusən şəxsiyyət vəsiqəsindən və ya sürücülük vəsiqəsindən imtina etməyə imkan verəcək rəqəmsal pul kisəsi hazırlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə Estoniyanın ERR milli TV-sinin məlumatında deyilir.

Avropa Parlamentinin deputatları 2020-ci ildən etibarən eiDAS abreviaturası ilə tanınan müvafiq reqlamentin yeni versiyasını müzakirə edirlər. Bir həftə əvvəl AB əvvəlki rəqəmsal pul kisəsi tətbiqi üzərində işi tamamlayıb. Bu yenicə sınaqdan keçirilməyə başlayır.

Rəqəmsal pul kisəsi sürücülük vəsiqələri, balıq ovu icazələri və dərman reseptləri daxil olmaqla bütün icazə və hüquqların sübutlarını saxlaya biləcək. Bundan əlavə, kimə və hansı məlumatı göstərəcəyinizi seçməyə imkan verəcək.

"Məsələn, yol polisi sizi saxlasa, həqiqətən də sizin şəxsi kodunuzu və adınızla tanış olmaq hüququ var, barda isə qapıçıya sizin harada yaşadığınızı, şəxsi kodunuzun, doğum tarixinizin və ya adının nə olduğunu bilməyə ehtiyac yoxdur. Sadəcə, görməlidir ki, həmin şəxs 18 yaşdan yuxarıdır. Bu, ona lazım olan bütün məlumatlardır”, - Dövlət İnformasiya Sistemi Departamentinin eksperti Mark Erlix şərh edib.

O, 2025-ci ilin sonuna qədər Aİ ölkələrinin rəqəmsal pul kisəsindən istifadə etməyə başlaması üçün indi heç bir maneənin olmadığını vurğulayıb.
Xəbər verdiyimiz kimi, Polşa 2023-cü ildə elektron pasportu plastik şəxsiyyət vəsiqəsi ilə eyniləşdirməyi planlaşdırır.

Alpər