Dünya 21:33 11.03.2023

Avropanın ən təhlükəli şəhərləri açıqlandı (SİYAHI)

Avropanın ən təhlükəli şəhərlərinin siyahısı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, siyahını "Numbeo” qlobal məlumat bazası hazırlayıb.

Siyahının ilk pilləsində Böyük Britaniyanın Preston şəhəri qərarlaşıb. Şəhərdə son üç ildə cinayətkarlıq səviyyəsi yüksələn xətlə artır və gənclər arasında narkotik vasitələrdən istifadə halları çoxalır.

2-3-cü yerləri müvafiq olaraq Böyük Britaniyanın Bredford və Fransanın Marsel şəhərləri tutur.

156 şəhərin daxil olduğu siyahının ilk onluğunda həmçinin Koventri (Böyük Britaniya), Kataniya (İtaliya), Şarlerua (Belçika), Birminhem (Böyük Britaniya), Nant (Fransa), Neapol (İtaliya) və Monpelye (Fransa) şəhərləri yer alıb.

Reytinqin sonuncu pilləsindəki Bern (İsveçrə) Avropanın ən təhlükəsiz şəhər statusunu qazanıb.