İdman 11:23 15.03.2023

Avstriya millisinin yığmamızla oyun üçün heyəti açıqlandı​​​​​​​

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Avstriya yığmasının heyəti açıqlanıb.
 
Qaynarinfo xəbər verir ki, heyətə 25 futbolçu dəvət olunub. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.
 
Qapıçılar: Niklas Hedl ("Rapid”, Vyana), Haynts Lindner ("Syon”, İsveçrə), Aleksander Şlager (LASK);
 
Müdafiəçilər: David Alaba ("Real Madrid”, İspaniya), Kevin Danso ("Lans”, Fransa), Filipp Lienhart ("Frayburq”, Almaniya), Filipp Muene (PSV, Niderland), Stefan Poş ("Bolonya”, İtaliya), Qernot Trauner ("Feyenoord”, Niderland), Maksimilian Vöber ("Lids”, İngiltərə);
 
Yarımmüdafiəçilər: Conas Oyer ("Rapid”, Vyana), Kristof Baumqartner ("Hoffenhaym”, Almaniya), Matias Honsak ("Darmştadt”, Almaniya), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi "Köln”, Almaniya), Konrad Laymer ("Leyptsiq”, Almaniya), Aleksander Prass ("Şturm”), Marsel Sabitzer ("Mançester Yunayted”, İngiltərə), Nikolas Seyvald ("Zalsburq”), Patrik Vimmer ("Volfsburq”, Almaniya);
 
Hücumçular: Junior Adamu ("Zalsburq”), Marko Arnautoviç ("Bolonya”, İtaliya), Mixael Qreqoritş ("Frayburq”, Almaniya), Karim Onisivo ("Maynts”, Almaniya), Andreas Veymann ("Bristol Siti”, İngiltərə).
 
Qarşılşama martın 24-də, Bakı vaxtı ilə saat 23:45-də, Linz şəhərindəki "Raiffeisen Arena”da keçiriləcək.
 
Səbuhi Həsənov